')

Bu gün:


FutbolPress.Az | Stamenkiviç serblərə danışdı: "İnter" əvvəlki gücündə deyil"

Stamenkiviç serblərə danışdı: "İnter" əvvəlki gücündə deyil"


oxunma sayı: 395 Paylaş:

FutbolPress"Neftçi"nin serbiyalı sabiq qapıçısı Saşa Stamenkoviç ölkəsinin mətbuatına açıqlama verib.

Hazırda Qazaxıstan "Okjetpes"ində çıxış edən təcrübəli qolkiper Avropa Liqasının I təsnifat mərhələsində Bakı "İnter"inə rəqib olan "Mladost" (Serbiya) klubunun şanslarını dəyərləndirib:

"Azərbaycan klublarını və bu ölkənin mentalitetini yaxşı bilirəm. "Mladost"un bəxti gətirmədi. Uğur qazanmaq çətin olacaq. İki mövsüm əvvəl ölkəmizin "Çukariçki" klubu "Qəbələ"yə rəqib olmuşdu. İlk oyunda qalib gəlməyimizə baxmayaraq, səfərdə uduzmuşduq. "Mladost" üçün sevindiricidir ki, "İnter"in çox kiçik bir büdcəsi var. Bu komanda əvvəlki gücündə deyil. Bakıdakı oyunda "İnter" qalib gəlmək üçün çalışacaq və azarkeşlərin dəstəyindən yararlanacaq. Futbolda hər şey mümkündür. "Mladost"a inanmaq lazımdır.".

Saşa Stamenkoviç 2011-15-ci illərdə "Neftçi"də çıxış edib.


oxunma sayı: 395 | Paylaş:




?>