')

Bu gün:


FutbolPress.Az | Kintana məşqlərə başladı

Kintana məşqlərə başladı


oxunma sayı: 161 Paylaş:

FutbolPressAvstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” hazırlığın beşinci gününü axşam məşqiylə tamamlayıb. Yerli vaxtla saat 19:00-da (Bakı vaxtıyla 21:00) start götürən hazırlıq təxminən bir saat yarım davam edib.

Hazırlıqda ümumi toplu çalışmalara üstünlük verilib. Milli komandalardan gələn futbolçular da məşq prosesinə qoşulub.

Zədəsini sağaldan və yenidən komandaya qoşulan ispaniyalı Dani Kintana isə qaçmaqla kifayətlənib.

Avropa həyəcanına Çempionlar Liqasının II təsnifat mərhələsindən başlayacaq ağdamlılar Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşacaq.


oxunma sayı: 161 | Paylaş:




?>