7 futbolçu "Qarabağ"a qoşuldu
Paylaş:
“Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir.
Bosniya və Hersoqovina millisində olan İbrahim Şehiç və yığma komandamıza dəvət alan 6 futbolçu: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Rahid Əmirquliyev, Qara Qarayev və Əfran İsmayılov dünəndən etibarən Ağdam klubunun təlim-məşq toplanışına qoşulub və bu gün məşqdə iştirak edib.
Millidə yer alan daha bir futbolçu - Riçard Almeyda isə yaxın günlərdə düşərgəyə qoşulacaq.
| Paylaş: