"İnter" və "Zirə"nin oyunlarının saatı açıqlandı
Paylaş:
"İnter" və "Zirə"nin Avropa Liqasının I təsnifat mərhələsindəki ilk oyunlarının başlama saatı məlum olub. Bu barədə UEFA-nın saytı məlumat yayılıb.
"İnter"in Serbiya "Mladost"u ilə səfər oyunu saat 22:30-da başlayacaq.
Bakıda keçiriləcək "Zirə" - "Differdanj" (Lüksenburq) görüşünün start fiti isə saat 21:00-da səslənəcək.
Hər iki qarşılaşma iyunun 29-da olacaq.
| Paylaş: