')

Bu gün:


FutbolPress.Az | "Gürcüstan çempionu ilə oynamaq istəməzdim" - Rəşad Sadıqov

"Gürcüstan çempionu ilə oynamaq istəməzdim" - Rəşad Sadıqov


oxunma sayı: 271 Paylaş:

FutbolPress"Çempionlar Liqasında hər ölkənin çempionları mübarizə aparır. 4-5 ölkə var idi ki, onların çempionlarıyla oynamaq istəməzdim, bunlardan biri də Gürcüstan idi. Çünki Gürcüstan futbolu həmişə özünəməxsusluğuyla seçilib. Rəqibimiz də ötən mövsüm çempion olub". Bu fikirləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov klubunun rəsmi saytına açıqlamasında bildirib.

Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubu ilə qarşılaşacaq Ağdam təmsilçisinin lideri rəqibi yaxşı təhlil edib daha yaxından tanımağa çalışacaqlarını söyləyib: "Şansları bərabəri dəyərləndirirəm. Cavab oyunun səfərdə olması isə rəqib üçün üstünlükdü. “Samtredia”nın daha bir üstünlüyü odur ki, Gürcüstanda hal-hazırda çempionat davam edir. Bizim komanda isə istirahətdən gəlir və bir çox futbolçumuzun oyuna qədər optimal forma yığması çox çətin olacaq, vaxtımız da azdır. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik. İnşallah oyuna yaxşı hazırlaşıb lazım olan nəticəni qazanmağa çalışacağıq".


oxunma sayı: 271 | Paylaş:




?>