"Mladost"un baş məşqçisi püşkdən razıdı
Paylaş:
Avropa Liqasının I təsnifat mərhələsində Bakı "İnter"inə rəqib olan Serbiyanın "Mladost" klubunun baş məşqçisi Nenad Milovanoviç püşkü dəyərləndirib.
O, ölkəsinin mətbuatına açıqlamasında razı qaldığını deyib:
"Püşkün nəticəsindən razıyam. Əlimizdən gələni etməliyik ki, uğurlu nəticə qazanaq. Növbəti mərhələ şanslarımız az deyil. Nəzərə alsaq ki, daha güclü rəqiblərlə düşə bilərdik, "İnter"lə qarşılaşacağımız üçün narazı olmamalıyıq".
| Paylaş: