"Zirə" evdə, "İnter" səfərdə başlayacaq
Paylaş:
Azərbaycanı Avropa Liqasında təmsil edəcək "İnter" və "Zirə"nin rəqibləri bəlli olub. I təsnifat mərhələsindən başlayacaq təmsilçilərimiz müvafiq olaraq, Serbiyanın "Mladost" və Lüksemburqun "Differdanj" klublarına rəqib olublar.
Artıq komandaların ilk oyunlarını evdə və ya səfərdə keçirəcəyi də müəyyənləşib. "İnter" ilk oyununu səfərdə, "Zirə" isə evdə keçirəcək.
İlk matçlar iyunun 29-da, cavab görüşləri iyulun 6-da keçiriləcək.
| Paylaş: