Samir Məsimov Rusiya klubunda
Paylaş:
Azərbaycan U-21 millisinin sabiq futbolçusu Samir Məsimov Rusiyanın I Divizionunda çıxış edə bilər.
O, "Fakel" klubunda baxışdadır. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Samir artıq komandanın bir oyununda meydana da çıxıb. Yarımmüdafiəçi "Fakel”in "Avanqard”a 4:3 hesabı ilə qalib gəldiyi yoxlama görüşündə də iştirak edib.
Məsimov son olaraq AZAL-da oynayıb. O, karyerası ərzində Sloveniya "Domjale"sində legioner həyatı yaşayıb.
| Paylaş: