')

Bu gün:


FutbolPress.Az | "Qarabağ"ın rəqibi "Samtredia" oldu

"Qarabağ"ın rəqibi "Samtredia" oldu


oxunma sayı: 458 Paylaş:

FutbolPressBu gün Çempionlar Liqasında 2017/18-ci illər mövsümünün ilk püşkatması olub. Mərasim İsveçrənin Nyon şəhərində keçirilib və Bakı vaxtı ilə saat 14:00-da başlayıb.

Qitənin ən nüfuzlu turnirində Azərbaycanı təmsil edəcək “Qarabağ” da öz rəqibini tanıyıb . Yarışa ikinci təsnifat mərhələsindən başlayacaq Ağdam klubunun rəqibi Gürcüstan "Samtredia"sı olub.

II təsnifat mərhələsinin matçları 11-12 və 18-19 iyul tarixlərində keçiriləcək.

Püşkatmanın ümumu nəticələri belə olub:

Çempionlar Liqası

I təsnifat mərhələsi
 
1. “Vikinqur” (Farer adaları) - “Trepça” (Kosova)
2. “Hibernians” (Malta) - “İnfonet” (Estoniya)
3. “Alaskert” (Ermənistan) - “Santa-Koloma” (Andorra)
4. TNS (Uels) - “Europa” (Cəbəllütariq)
5. “Linfild” (Şimali İrlandiya) - “La Fiorita” (San-Marino)
 
II təsnifat mərhələsi

APOEL (Kipr) - “Dudelanj” (Lüksemburq)
“Jalgiris” (Litva) – “Lüdoqorets” (Bolqarıstan)
“Qarabağ” (Azərbaycan) - “Samtredia” (Gürcüstan)
“Partizan” (Serbiya) - “Buduçnost” (Monteneqro)
I təsnifat mərhələsinin 2-ci cütünün qalibi - “Zalsburq” (Avstriya)
“Şerif” (Moldova) - “Kukesi” (Albaniya)
“Astana” (Qazaxıstan) - “Spartak” (Latviya)
BATE (Belarus) - I təsnifat mərhələsinin 3-cü cütünün qalibi
“Jilina” (Slovakiya) - “Kopenhagen” (Danimarka)
“Hapoel” (Beyer Şeva, İsrail) - “Honved” (Macarıstan)
“Riyeka” (Xorvatiya) - I təsnifat mərhələsinin 4-cü cütünün qalibi
“Malmö” (İsveç) - “Vardar” (Makedoniya)
“Zrinski” (Bosniya və Herseqovina) - “Maribor” (Sloveniya)
“Dandalk” (İrlandiya) - “Rusenborq” (Norveç)
“Hafnarfyordur” (İslandiya) - I təsnifat mərhələsinin 1-ci cütünün qalibi
I təsnifat mərhələsinin 5-ci cütünün qalibi - “Seltik” (Şotlandiya)
“Mariehamn” (Finlandiya) - “Legiya” (Polşa)


oxunma sayı: 458 | Paylaş:




?>