')

Bu gün:


FutbolPress.Az | İsrafilovun komandası La Liqaya yüksələ bilmədi

İsrafilovun komandası La Liqaya yüksələ bilmədi


oxunma sayı: 230 Paylaş:

FutbolPressİspaniya La Liqasına sonuncu vəsiqə uğrunda pley-off oyunları davam edir. Dünən daha bir matç keçirilib.

"Tenerife" ilə Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Kadis" cavab oyununda üz-üzə gəliblər.

"Sarılar" ilk oyunda əldə etdikləri minimal (1:0) üstünlüyü qoruya bilməyiblər. Görüş "Tenerife"nin qələbəsiylə başa çatıb - 1:0. Belə olan halda yarışın əsasnaməyə uyğun olaraq, Sequndada mövsümü 5-ci yerdə başa vurna "Kadis"dən daha üst pillədə (4) qərarlaşan "Tenerife" həlledici pley-off oyunlarına vəsiqə qazanıb.

Eddi bu matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Həlledici pley-off oyunlarında "Tenerifenin rəqibi "Xetafe" olacaq.


oxunma sayı: 230 | Paylaş:




?>