"Qəbələ" MOİK və "Vakker"ə uduzdu
Paylaş:
Avstriyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün mini-turnirdə iştirak ediblər.
Tirol bölgəsində İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində məskunlaşmış "qırmızı-qaralar" Avstriyanın "Vakker" və Bolqarıstanın MOİK klubları ilə birgə "Stubay Cup"da qüvvəsini sınayıb.
Turnir 45 dəqiqəlik oyunlardan ibarət olub. Təmsilçimiz hər iki görüşdə məğlub olub. Roman Qriqorçukun komandası əvvəlcə "Vakker"ə 0:1, ardınca MOİK-ə 0:2 hesabı ilə uduzub.
Əvvəlcə "Vakker"lə qarşılaşan Roman Qriqorçukun komandası 0:1 hesablı məğlubiyyətə üzülüb.
"Stubay Cup"
"Qəbələ" - "Vakker" - 0:1
"Qəbələ" - MOİK - 0:2
| Paylaş: