')

Bu gün:


FutbolPress.Az | "Qəbələ" MOİK və "Vakker"ə qarşı

"Qəbələ" MOİK və "Vakker"ə qarşı


oxunma sayı: 165 Paylaş:

FutbolPressAvstriyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün mini turnirdə iştirak edəcək.

"Qırmızı-qaralar" Avstriyanın "Vakker" və Bolqarıstanın MOİK klubları ilə birlikdə "Stubay Cup"da mübarizə aparacaqlar.

Bakı vaxtı ilə saat 18:00-da başlayacaq qarşılaşmalarda klublar bir-biri ilə 1 hissədən ibarət oyunlarda üz-üzə gələcək.

Avstriyada buna qədər iki yoxlama oyunu keçirən "Qəbələ" "Filpmes"ə (8:0) qalib gəlib, "Axmat"a (0:1) uduzub.


oxunma sayı: 165 | Paylaş:




?>