')

Bu gün:


FutbolPress.Az | "Kadis"in La Liqa yolunda potensial rəqibi

"Kadis"in La Liqa yolunda potensial rəqibi


oxunma sayı: 272 Paylaş:

FutbolPressİspaniya La Liqasına sonuncu vəsiqə uğrunda keçirilən pley-off oyunları davam edir. Dünən ilk cavab matçı keçirilib.

Öz evində "Hueska"nı qəbul edən "Xetafe" böyük hesabla qalib əlib - 3:0. Bu komandalar arasında ilk görüş 2:2 hesablı bərabərliklə başa çatdığından nəticə "Xetafe"ni həlledici pley-off oyunlarına daşıyıb.

Komandanın rəqibinin kimliyinə bu gün aydınlıq gələcək. Öz meydanında keçirilən oyunda 1:0 hesabı ilə qalib gələn Azərbaycan millisinin üzvü Eddi İsrafilovun da formasını geyindiyi "Kadis" səfərdə "Tenerife" ilə qarşılaşacaq. "Sarılar" bu görüşdə uduzmasalar La Liqaya vəsiqə uğrunda həlledici matçlarda iştirak hüququ qazanacaqlar.

"Tenerife" - "Kadis" matçı 23:00-da başlayacaq.


oxunma sayı: 272 | Paylaş:




?>