')

Bu gün:


FutbolPress.Az | Futbol qaydalarında radikal dəyişikliklər: oyun vaxtı azaldıla bilər

Futbol qaydalarında radikal dəyişikliklər: oyun vaxtı azaldıla bilər


oxunma sayı: 481 Paylaş:

FutbolPressFutbol Assosiasiyaları Beynəlxalq Şurası (IFAB) oyun qaydaları ilə bağlı bir sıra radikal dəyişikliklər etməyə hazırlaşır.

Bu barədə IFAB-ın direktoru David Elleray məlumat verib. O,"Times" nəşrinə açıqlamasında inqilabi dəyişiklər nəzərdə tutan bir sənəd hazırlandığını və təklif olunanların idarə heyəti tərəfindən dəyərləndiriləcəyini bildirilib.

Əsas təkliflər oyunların 90 dəqiqədən 60 dəqiqəyə endirilməsi, künc və cərimə zərbələrini yerinə yetirən oyunçuların ötürmə vermədən topu birbaşa özünün oyuna daxil etməsi ilə bağlıdır.

Məlumata görə, künc və cərimə zərbəsini yerinə yetirən oyunçuların ötürmə etmədən topu oyuna daxil etməsi, cərimə meydançasında qapıçıların geriyə ötürülən topa əllə müdaxiləsinin birbaşa penalti ilə cəzalandırılması, cərimə zərbələri zamanı topun hərəkət edərkən də oyuna daxil edilməsi, penaltilər zamanı cərimə meydançasına digər oyunçular daxil olarkən qolun qeydə alınması kimi qayda dəyişiklikləri təklif olunur.

Digər ideyaya görə, matçlar 90 dəqiqə yox, 60 dəqiqə oynanılmalıdı. Bunun tam oyun zamanına aid edilməsi nəzərdə tutulub. Yəni top oyunda olmadığı dəqiqələr hesablanacaq və əsas vaxta əlavə olunacaq. Saniyəölçən top oyunu tərk edən kimi dayandırılmalıdı və yalnız matç bərpa edildiyi halda işə düşməlidi.


oxunma sayı: 481 | Paylaş:




?>