')

Bu gün:


FutbolPress.Az | Vüqar Əsgərov Latviyada het-trik etdi

Vüqar Əsgərov Latviyada het-trik etdi


oxunma sayı: 340 Paylaş:

FutbolPressLatviya I Liqasında 10-cu turun oyunları keçirilir. Azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi "Olayne" səfərdə "Smiltene" ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 4:0.

Start heyətdə meydana çıxan Vüqar sonadək oynayıb. Komandasının qələbəsində onun xüsusi payı olub. 31-ci dəqiqədə hesabı açan Əsgərov 41 və 65-ci dəqiqələrdə daha iki dəfə fərqlənərək het-trikini də rəsmiləşdirib.

Bu, onun cari mövsümdə vurduğu 8-ci qoldu. "Olayne" 10 turdan sonra 17 xalla 14 komanda arasında 3-cü pillədə qərarlaşıb və ehtiyatda bir oyunu var.


oxunma sayı: 340 | Paylaş:




?>