"İnter" Rumıniya çempionuna qalib gəldi
Paylaş:
Azərbaycanı Avropa Liqasında təmsil edəcək "İnter" Türkiyə toplanışında sonuncu yoxlama oyununu keçirib. Zaur Svanadzenin rəhbərlik etdiyi kollektiv son Rumıniya çempionu "Vitorul Konstanta" ilə qarşılaşıb.
Görüş Bakı klubunun qələbəsiylə başa çatıb - 2:1. Komandanın qollarını Rauf Əliyev və Samir Zərgərov vurublar.
"İnter" toplanış çərçivəsində keçirdiyi öncəki yoxlama matçlarında Kamerun klubu "Columbe Sportive"yə 1:0 hesabı ilə qalib gəlib, digər təmsilçimiz "Zirə"yə 0:2 hesabı ilə uduzub.
Yoxlama oyunu
"İnter" - "Vitorul Konstanta" - 2:1
Qollar: Rauf Əliyev (pen.), Samir Zərgərov
| Paylaş: