')

Bu gün:


FutbolPress.Az | "Qarabağ" Avstriyada hazırlığa başladı - FOTOLAR

"Qarabağ" Avstriyada hazırlığa başladı - FOTOLAR


oxunma sayı: 241 Paylaş:

FutbolPressDünən təlim-məşq toplanışı üçün Avstriyaya yollanan "Qarabağ"ın axşam saatlarında məskunlaşacağı otelə çatdığı və axşam yeməyindən sonra istirahət etdiyi barədə məlumat vermişdik.

Komanda bu gündən etibarən hazırlıqlara başlayıb. Bu gün üçün iki məşqi nəzərdə tutulub.

Futbolçular yerli vaxtla 11:00-da (Bakı vaxtı ilə 13:00) ilk məşqinə çıxıb. İki qrup halında olan komanda fitnes zalında çalışıb. İlk hazırlıq hər qrup 1 saat olmaqla 2 saat davam edib.

Komandanın axşam məşqi yerli vaxtla saat 19:00 (Bakı vaxtıyla 21:00) üçün nəzərdə tutulub.







oxunma sayı: 241 | Paylaş:




?>