')

Bu gün:


FutbolPress.Az | "Yuventus" 60 milyonluq təklifi rədd etdi

"Yuventus" 60 milyonluq təklifi rədd etdi


oxunma sayı: 315 Paylaş:

FutbolPressLondonun "Çelsi" klubu "Yuventus"un futbolçusu Aleks Sandroya təklif göndərib. "Zadəganlar" 26 yaşlı müdafiəçi üçün 60 milyon avro ödəməyə hazır olublar.

Ancaq Turin klubu bu məbləğdən imtina edib. "Yuventus"un idman direktoru Cüzeppe Marotta "Corriere dello Sport"a açıqlamasında təklifi rədd etdiklərini təsdiqləyib:

"Gələn təklif nə olur-olsun, heç bir vacib oyunçumuzu satmağı düşünmürük. Bəli, onlara bizim verə bilməyəcəyimiz məbləğ təklif edirlər. Bunun fərqindəyik. Hər futbolçu öz istədiyi klubda oynamağı seçməkdə sərbəstdi. Aleksin bu təklifə necə reaksiya verdiyini bilmirəm, ancaq biz onu satmağı fikirləşmirik".

Sandro 2015-ci ildə "Portu"dan 25 milyon avro qarşılığında "Yuventus"a keçib.


oxunma sayı: 315 | Paylaş:




?>