')

Bu gün:


FutbolPress.Az | Milli üzvü "Bursaspor"da qalır

Milli üzvü "Bursaspor"da qalır


oxunma sayı: 240 Paylaş:

FutbolPressAzərbaycan millisinin üzvü Dənir Yılmaz "Bursaspor"dan ayrılmayacaq. Bu barədə futbolçunun meneceri Erdem Karagöl məlumat verib.

"Bursaspor"a yaxın mənbələrin xəbərinə görə, o, müştərisinin müqaviləsinin sonununa qədər komandada qalacağını deyib:

"Dəniz heç yerə getməyəcək. "Bursaspor"la müqaviləsi var və buna riayət edəcəyik. Lazım gəlsə Vakıfköydə ("Bursaspor"un toplanış yeri - red.) tək məşq edəcək".

Yılmazın "Bursaspor"la müqaviləsi 2019-cu ildə başa çatır. Mövsümün gedişində klub rəhbərliyi ilə problem yaşayan futbolçu əsas komandadan uzaqlaşdırılıb. Onun bu yay klubunu dəyişəcəyi iddia edilir.


oxunma sayı: 240 | Paylaş:




?>