')

Bu gün:


FutbolPress.Az | "Neftçi" Bundesliqa nəhəngi ilə oynayacaq

"Neftçi" Bundesliqa nəhəngi ilə oynayacaq


oxunma sayı: 817 Paylaş:

FutbolPressYeni mövsümə Avstriyada hazırlaşacaq "Neftçi"nin rəqiblərindən biri bəlli olub. Söhbət Almaniyanın "Şalke" klubundan gedir.

Məlumatı westline.de saytı yayıb. Bildirilib ki, "Şalke" yay hazırlığı zamanı 6 yoxlama oyunu keçirəcək ki, onların arasında Azərbaycan klubu "Neftçi" də var. Gelzenkirxenlilərin "“Beşiktaş", "İnter", "Eybar", "Neftçi", "Kristal Palas" və "Erkenşvik"lə oynayacağı qeyd olunub. Bunlardan ilk ikisi rəsmidirsə, digərlərinin yaxın zamanda açıqlanacağı bildirilir.

"Şalke" - "Neftçi" görüşü iyulun 26-a planlaşdırılır.


oxunma sayı: 817 | Paylaş:




?>