"Qarabağ" Avstriyada - FOTO
Paylaş:
Bu gün saat 13:05-da Bakı-İstanbul-Zalsburq reysi ilə ölkəni tərk edən "Qarabağ" yerli vaxtla saat 18:00-da Avstriyaya çatıb.
Daha sonra isə heyət adıçəkilən ölkənin dördüncü böyük şəhərindən avtobusla təlim-məşq toplanışı keçirəcəyi Kössen qəsəbəsinə yollanıb. Təxminən yarım saatlıq yolçuluqdan sonra komanda Alp dağlarının yamacında məskunlaşacağı otelə çatıb. Axşam yeməyindən sonra isə futbolçular istirahətə çəkilib.
Sabahdan etibarən "Qarabağ" məşqlərə start verəcək.
| Paylaş: