')

Bu gün:


FutbolPress.Az | UEFA-dan danışılmış oyunlarla bağlı sərt qərar

UEFA-dan danışılmış oyunlarla bağlı sərt qərar


oxunma sayı: 161 Paylaş:

FutbolPressAvropa Klubları Birliyi (ECA) ilə UEFA-nın birgə toplantısı olub.

"Marsel"in stadionu "Stade Velodrome"də baş tutan toplantıda bir sıra mühüm qərarlar qəbul olunub. Bu qərarlardan biri də danışılmış oyunlarla bağlıdır. Qərara əsasən, UEFA bundan sonra bütün ölkələrin çempionatlarını izləyəcək və danışlmış oyunlarla bağlı cəza verəcək.

Toplantıda çıxış edən qurum rəsmisi Kris Bonnet bir sıra ölkələrdə danışılmış oyunların olduğu ilə bağlı UEFA-ya məktublar daxil olduğunu açıqlayıb. O, artıq 14 belə ölkənin çempionatlarını izlədiklərini və danışılmış oyunlar aşkar edəcəkləri təqdirdə klubları bağışlamayacaqılarını bildirib.

Qitənin ali futbol qurumunun rəsmisi onu da əlavə edib ki, bu işdə yerli futbol federasiyaları onlara köməklik edəcək.

Ötən il Azərbaycanın I Divizionunda danışılmış oyunlar olduğu ilə bağlı UEFA-dan AFFA-ya məktub daxil olmuşdu. AFFA-nın qərarına əsasən, danışılmış oyunlarda iştirak edən "Şərurspor" və "Rəvan" çempionatdan uzaqlaşdırılmışdı.


oxunma sayı: 161 | Paylaş:




?>