')

Bu gün:


FutbolPress.Az | Platyenin "Neftçi" xatirəsi: "Oyunu prezident üçün qazanmalı idin"

Platyenin "Neftçi" xatirəsi: "Oyunu prezident üçün qazanmalı idin"


oxunma sayı: 459 Paylaş:

FutbolPress“Neftçi”nin hollandiyalı sabiq futbolçusu Melvin Platye açıqlama verib. O, Bakı klubundakı karyerasından danışıb.

Platye “Neftçi” prezidentinin oyunun fasiləsində soyunub-geyinmə otağına girib oyunçuların qarşısında maraqlı şərtlər qoyduğunu deyib: “Azərbaycanda oynamaq çətin idi. Uduzduğun oyunlarda isə bu, dəhşət olurdu. Qol vura bilmirdimsə, fasilədə klub prezidenti soyunub-geyinmə otağına gəlib deyirdi ki, fərqlənməsən səni əvəzləyəcəklər. Komandaya bildirirdi ki, qalib olmasanız, bu, sizə problem yaradacaq. Matçı mütləq klub prezidenti üçün qazanmalı idin".

Platye 2013-14-cü illərdə paytaxt klubunda çıxış edib. Həmin dövrdə “Neftçi”nin prezidenti Sadıq Sadıqov idi.


oxunma sayı: 459 | Paylaş:




?>