')

Bu gün:


FutbolPress.Az | "Qarabağ" Avstriyaya getdi - FOTO

"Qarabağ" Avstriyaya getdi - FOTO


oxunma sayı: 112 Paylaş:

FutbolPressNövbəti mövsümün hazırlığını davam etdirən "Qarabağ" dünən toplanışın ilkin mərhələsini başa vurub.

Ağdam təmsilçisi bu gün hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanıb. "Qarabağ" toplanışda bir neçə yoxlama görüşü də keçirəcək.

Azərbaycan çempionu ilk matçını iyunun 20-də Rusiya təmsilçisi “Axmat”a qarşı keçirəcək. Ayın 24-də Sofiya MOİK-i ilə üz-üzə gələcək ağdamlılar 4 gün sonra yenidən meydana ayaq basacaqlar. Budəfəki rəqib isə Rusiya Premyer Liqasına qayıdan “Dinamo” (Moskva) olacaq.

Qurban Qurbanov yetirmələrini daha 1 və ya 2 sınaq matçında yoxlaya bilər. Bu isə iyunun 19-da keçiriləcək Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatmasından asılı olacaq.




oxunma sayı: 112 | Paylaş:




?>