Kasilyas Türkiyə Super Liqasında?
Paylaş:
Son 2 ildə transferləri ilə gündəmi zəbt edən "Antalyaspor" yenidən səs-küylü keçid etmək üzrədir.
Ötən mövsüm Samuel Eto`O "bomba"sı partladan klub bu yay artıq ulduz futbolçu Ceremi Menezi heyətinə qatıb.
Lakin "Antalyaspor" bununla da kifayətlənmək fikrində deyil. Tnınmış jurnalist Canluka Marsionun xəbərinə görə, klub prezidenti Ali Şafak Öztürk İtaliyada İker Kasilyasın agenti ilə görüşüb. Hətta iddia edilir ki, artıq bu keçid reallaşmağa çox yaxındır.
| Paylaş: