İsrafilovun komandasından La Liqa yolunda vacib qələbə
Paylaş:
İspaniya La Liqasına yüksəlmək uğrunda keçirilən daha bir pley-off matçı baş tutub.
Azərbaycan millisinin üzvü Eddi İsrafilovun formasını geyindiyi “Kadis” “Tenerife” ilə qarşılaşıb.
Matç “sarılar”ın minimal hesablı qalibiyyəti ilə başa çatıb. Eddinin adı oyunun iştirak ərizəsinə salınmayıb.
Tərəflər arasında cavab oyunu iyunun 18-də keçiriləcək.
Pley-off mərhələsinin digər cütündə "Hueska" doğma meydanda "Xetafe" ilə bərabərə qalmışdı (2:2).
| Paylaş: