')

Bu gün:


FutbolPress.Az | Haiti millisinin hücumçusu "Zirə"də!

Haiti millisinin hücumçusu "Zirə"də!


oxunma sayı: 339 Paylaş:

FutbolPressTürkiyənin Bolu şəhərində məşqlərini davam etdirən “Zirə” daha bir futbolçu ilə güclənib.

Haiti yığmasının hücumçusu Kervens Belfort bundan sonra paytaxt klubunun şərəfini qoruyacaq. Futbolçu ilə “1+1” il şərti ilə müqavilə imzalanıb.

Kervens Belfort karyerasına ölkəsinin “Tempete” klubunda başlayıb. Bundan sonra isə o, Fransa, İsveçrə, Cənubi Kipr, Türkiyə və Hindistan çempionatında çıxış edib. Hücumçunun son klubu İsveç təmsilçisi “Siriyanska” olub.

"Zirə" buna qədər Nicat Qurbanov, Orxan Əliyev, Vüqar Mustafayev, Rəşad Sadiqov və David Manqanı heyətinə cəlb edib.


oxunma sayı: 339 | Paylaş:




?>