')

Bu gün:


FutbolPress.Az | "Trabzonspor" Şeydayevin qiymətini açıqladı - 2 milyon avro

"Trabzonspor" Şeydayevin qiymətini açıqladı - 2 milyon avro


oxunma sayı: 364 Paylaş:

FutbolPress"Trabzonspor" Azərbaycan millisinin üzvü Ramil Şeydayevi birdəfəlik sata bilər. Gənc hücumçunun transfer hüququna yiyələnməkdə onun hazırda icarə əsasında çıxış etdiyi Slovakiyanın "Jilina" klubu maraqlıdır.

Yanvarda komandaya qoşulduqdan sonra özünü yaxşı tərəfdən göstərən forvard məşqçilərin inamını qazanıb. "Jilina" rəhbərliyi artıq birdəfəlik transfer üçün "Trabzonspor"a müraciət edib. 21 yaşlı hücumçu üçün "bordo-mavililər"ə 500 min avro təklif olunub.

"Trabzonspor" isə 2 milyon avro istəyib. Ancaq "bordo-mavililər"in aşağı qiymətə də razılaşacağı bildirilir. Yaxın zamanlarda Şeydayevin Birdəfəlik "Jilina"ya satılacağı deyilir.

Ramil "Trabzonspor"a 2016-cı ilin yayında Rusiya "Zenit"indən transfer olunub. O, qışda "Jilina"ya 1,5 illik icarəyə verilib. Slovakiya təmsilçisinin heyətində 12 oyuna 6 qol və 2 məhsuldar ötürmə müəllifi olan Şeydayev ölkə çempionluğunu qazanıb.


oxunma sayı: 364 | Paylaş:





?>