Milli üzvü Türkiyə klubunun təklifini qəbul etmədi
Paylaş:
Azərbaycan millisinin üzvü Ufuk Budak Türkiyənin "Manisaspor" klubunun təklifini geri çevirib. Manisa təmsilçisi daha bir il onun xidmətində maraqlı olsa da, Ufuk bununla razılaşmayıb.
Futbolçunun karyerasını Super Liqa klublarından birində davam etdirmək fikrində olduğu bildirilir. Onun "Manisaspor"da qalmayacağı dəqiqdir.
Artıq klub Ufukun yerinə oyunçu da tapıb. "Şanlıurfaspor"da çıxış edən Caner Cavlanla razılıq əldə olunub.
Milli üzvü yanvar ayından "Manisaspor"da çıxış edirdi.
| Paylaş: