')

Bu gün:


FutbolPress.Az | Renan Alveş "Kəpəz" azarkeşlərinə təşəkkür etdi

Renan Alveş "Kəpəz" azarkeşlərinə təşəkkür etdi


oxunma sayı: 267 Paylaş:

FutbolPress"Kəpəz"dən ayrılıb Serbiyanın "Voyvodina klubu ilə 2 illik müqavilə bağlayan Renan Alveş gəncəli azarkeşlərlə sağollaşıb.

O, sosial şəbəkə hesabından "Kəpəz" azarkeşlərinə təşəkküür edib:

"Hər kəsə salamlar. "Kəpəz" ailəsinə, komandamızı hər zaman dəstəkləyən azarkeşlərə, klub rəhbərliyinə, məşqçilər heyətinə və komanda yoldaşlarıma təşəkkür edirəm. Hər şey üçün çox sağ olun. Bu bir il ərzində böyük və tarixi olan komandada oynadığım üçün özümü xoşbəxt sayıram. "Kəpəz"ə hər zaman adına yaraşan şəkildə - yüksəklərdə olmasını arzulayıram. Azərbaycanın bir nömrəli azarkeşləri olan "Kəpəz" fanatlarına məni həmişə dəstəklədikləri üçün minnətdaram. Bu komanda qəlbimdə yaşayacaq və mən "Kəpəz"in azarkeşi olaraq qalacam. Hər şey üçün təşəkkürlər, Kəpəz. Təşəkkürlər, Azərbaycan!"


oxunma sayı: 267 | Paylaş:




?>