')

Bu gün:


FutbolPress.Az | Xaqani Məmmədov yenə yalançı çıxdı

Xaqani Məmmədov yenə yalançı çıxdı


oxunma sayı: 408 Paylaş:

FutbolPressUEFA beynəlxalq dərəcəli hakimlərinin 2017/18 mövsümünün ilk yarısı üçün kateqoriyalarını açıqlayıb (siyahı burada).

Azərbaycanlı FİFA referilərinin yerində dəyişiklik baş verməyib.

Əliyar Ağayevin birinci kateqoriyaya keçəcəyi gözlənilsə də, o, yenə ikinci kateqoriyaya malik referilər siyahısında saxlanılıb. Rəhim Həsənov və Ömər Paşayev isə üçüncü kateqoriyalılar siyahısında yer alıblar.  

Bununla AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun növbəti dəfə dezinformasiya yaydığı ortaya çıxıb. Xatırlayırsızsa keçən ilin dekabrında o, Əliyar Ağayevin birinci kateqoriyaya yüksəlməsi ilə bağlı məlumat vermişdi. Ancaq ardınca UEFA-nın açıqladığı siyahıda Ağayev əvvəlki kimi ikinci kateqoriiyada saxlanmışdı.

Həmin vaxt məsələ ilə bağlı mətbuata açıqlamasında HK sədri bu cür izah vermişdi:

"Mən bir saat əvvəl UEFA Hakimlər Komitəsinin üzvü Nikolay Levnikovla danışdım. O bildirdi ki, bu il FIFA hakimlərinin siyahısına baxılmayıb. Qərara alınıb ki, siyahıya iyunda baxılsın. Dünən iclas keçirilib və bununla bağlı heç bir qərar qəbul edilməyib. Bizə həmin komitənin digər üzvü demişdi ki, Əliyar I kateqoriya alacaq. Mətbuatda dərc olunan siyahı bu il üçündür. Əvvəllər iyun və dekabrda siyahı yenilənirdisə, indi yalnız iyunda baxılacaq. Nikolay Levnikov mənə dedi ki, Əliyar mötəbər turnirlərə dəvət alacaq".

Açıqlamadan aydın olduğu kimi Məmmədov həmin vaxt kateqoriyaların ümumiyyətlə dəyişilməməsini səbəb gətirərək Ağayevin ikinci kateqoriyada qaldığını deyir. O bildirir ki, məsələyə iyunda baxılacaq - yəni xəbər məhz iyunda təsdiqini tapmalı idi. Ancaq Ağayev əvvəlkitək ikinci kateqoriyada qalıb.

Son məlumatla bağlı komitə sədrinin mövqeyini öyrənmək istəsək də, cəhdlərimiz nəticəsiz oldu.


oxunma sayı: 408 | Paylaş:




?>