')

Bu gün:


FutbolPress.Az | Renan Alveş "Kəpəz"dən getdi - Serbiya klubuna

Renan Alveş "Kəpəz"dən getdi - Serbiya klubuna


oxunma sayı: 465 Paylaş:

FutbolPress"Kəpəz"in braziliyalı futbolçusu Renan Alveş komandanı tərk edib. O, başa çatan müqaviləsini yeniləməyib.

"Sambaçı"nın yeni klubu da bəllidir. Alveş karyerasını Serbiyada davam etdirəcək. O, bu ölkənin "Voyvodina klubuna keçib. Tərəflər arasında 2019-cu ilə qədər müqavilə imzalanıb.

Renan Alveş keçən ildən "Kəpəz"də çıxış edirdi. 24 yaşlı müdafiəçi Gəncə klubuna Portuqaliya "Jil Visente"sindən gəlmişdi.

Buna qədər digər legionerlər - Julien Ebah, Dario Federiko, Serjio Kosta və Tadas Simaitis də "Kəpəz"dən ayrılıb. Alveş Gəncə klubunu tərk edən sonuncu əcnəbi olub.


oxunma sayı: 465 | Paylaş:




?>