')

Bu gün:


FutbolPress.Az | "Antalyaspor"un sabiq futbolçusu "Zirə"də

"Antalyaspor"un sabiq futbolçusu "Zirə"də


oxunma sayı: 507 Paylaş:

FutbolPressAzərbaycanı Avropa Liqasında təmsil edəcək "Zirə"nin Bolu toplanışı davam edir. 

Komandanın düşərgəsinə yeni futbolçu qoşulub. Söhbət kamerunlu Cozef Boumdan gedir.

Dünən komandaya qoşulan müdafiəçi "İnter"lə yoxlama oyununda meydana çıxıb. 27 yaşlı futbolçunun son zamanlar oyun praktikasının olmaması onun baxışdan keçirilməsinə səbəb olub. Yaxın günlərdə onunla bağlı qərar veriləcək. Əgər kamerunlunun çıxışı Ayxan Abbasovu qane etsə, onunla müqavilə imzalanacaq.

Boum karyerası ərzində daha çox Türkiyə klublarında top qovub. O, "Mersin İdman Yurdu", "Antalyaspor"№, "Qaziantepspor"da çıxış edib.


oxunma sayı: 507 | Paylaş:




?>