"Qarabağ"da gözlənilən ayrılıq
Paylaş:
"Qarabağ" daha bir futbolçu ilə yollarını ayırıb.
Söhbət makedoniyalı yarımmüdafiəçi Muarem Muaremdən gedir. Onunla başa çatan müqavilə yenilənməyib.
Muarem Muarem 2012/15 mövsümündə "Qarabağ"da oynayıb. Ardınca Türkiyənin "Eskişehirspor" klubuna keçən 28 yaşlı yarımmüdafiəçi 2016-cı ildə yenidən "Qarabağ"a qayıtmışdı.
Muarem ötən mövsüm 34 oyun keçirib və 7 qol vurub.
"Qarabağ" buna qədər İlyas Səfərzadə, Boyan Şaranov, Vüqar Nadirov və İlqar Qurbanovla da yolları ayırıb.
| Paylaş: