')

Bu gün:


FutbolPress.Az | Avropa liqalarında azarkeş sayı: TPL neçəncidi?

Avropa liqalarında azarkeş sayı: TPL neçəncidi?


oxunma sayı: 569 Paylaş:

FutbolPressAvropada geridə qalan futbol mövümü üçün oyunları stadiondan izləyən tamaşaçıların orta sayı müəyyənləşib.  

Bu baxımdan lider Almaniya Bundesliqası olub. Bundesliqa oyunlarını orta hesabla 41528 azarkeş izləyib. İkinci İngiltərədə göstərici 35805-ə bərabər olub. İspaniya isə 28531 orta azarkeş sayı ilə 3-cü pilləni tutub.

Siyahıda Topaz Premyer Liqası da yer alıb. Birincilik 49 çempionat arasında 29-cu yerdə qərarlaşıb. TPL-in orta izləyici sayı 2036 kimi göstərilib.

Bu baxımdan klubların arasında ən yüksək göstərici "Kəpəz"də olub. Komandanın oyunlarını orta hesabla 7623 azarkeş izləyib. Son çempion "Qarabağ" ikinci olub. Hər matç ortalama 1915 tamaşaçı Ağdam klubunu dəstəkləyib. "Qəbələ"də isə bu göstərici 1545-ə bərabər olub.


oxunma sayı: 569 | Paylaş:




?>