"Yagelloniya"nın bombardiri Azərbaycan Premyer Liqasında?
Paylaş:
Polşanın "Yagelloniya" klubunun futbolçusu Konstantin Vasilyev karyerasını Azərbaycanda davam etdirə bilər. Onunla avrokuboklarda mübarizə aparan komanda maraqlıdır.
Estoniyalı futbolçu isə açıqlmasında bildirib ki, bu məsələdə tələsmək istəmir: "Hələ ki, gözləyirəm. "Yagelloniya" ilə müqaviləm başa çatıb. Karyeram barədə qərar verməmişəm, tələsmək istəmirəm. Təkliflər çoxdur. İyunun sonuna qədər qərarımı verəcəm".
Vasilyevin qışda da Azərbaycan Premyer Liqasına gəlmək variantı olsa da, komandası onu buraxmamışdı
32 yaşlı yarımmüdafiəçi Polşa Ekstraklasasında bu mövsüm 13 qol vurub və 11 assist edib. O, komandanın ən məhsuldar oyunçusu olub.
| Paylaş: