')

Bu gün:


FutbolPress.Az | Volkan Dəmirəl Azərbaycandan təklif alıb

Volkan Dəmirəl Azərbaycandan təklif alıb


oxunma sayı: 469 Paylaş:

FutbolPress"Fənərbağça"nın qapıçısı Volkan Dəmirəl karyerasını Azərbaycanda davam etdirə bilər. Ona Premyer Liqa klublarının birindən təklif var.

Bu barədə futbolçunun meneceri Erdinç Şehit məlumat verib. O, "beIN Sports"a açıqlamasında müştərisinin "Fənərbağça"da qalmaq istədiyini də əlavə edib:

"Fənərbağça" ilə maliyyə məsələlərini müzakirə etməyimiz mümkün deyil. Sadəcə könül məsələsidir. Volkan futbolçu kareyerasını "Fənərbağça"da başa vuracaq. Hazırda Azərbaycan İtaliya və Amerikadan təkliflar var. "Fənərbağça"dan başqa heç birini istəmirik. Transfer mövsümü açılsın, görüşəcəyik. Mövsüm bitər-bitməz təkliflər oldu, ancaq müsbət cavab vermədik".

Bir müddət öncə də Volkanla bağlı oxşar iddialar yayılmışdı. Həmin zaman təcrübəli qapıçının "Qarabağ"a keçəcəyi deyilirdi.


oxunma sayı: 469 | Paylaş:




?>