')

Bu gün:


FutbolPress.Az | "Qarabağ"ın ulduzlu loqosu

"Qarabağ"ın ulduzlu loqosu


oxunma sayı: 3173 Paylaş:

FutbolPress"Qarabağ" loqosunda dəyişiklik edib.

Bu haqda klubun saytı məlumat yayıb. Bildirilib ki, “Qarabağ” ölkə çempionatlarında ardıcıl dördüncü dəfə çempion olmaqla ümumilikdə bu sayı 5-ə çatdırıb.

Bir çox dünya və Avropa klublarında adətən 5 çempionluq bir ulduzla qeyd olunur. “Qarabağ” bu təcrübədən yararlanaraq loqonun üzərinə 1 ulduz əlavəsi yönündə fəaliyyətə keçib.

Klubun loqosunda digər bir dəyişiklik isə “FK Qarabagh” ifadəsinin “Qarabağ FK”yla əvəzlənməsidir.

Ağdam klubu bu dəyişikliklərlə bağlı artıq Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patentləşdirmə Komitəsinə də müraciət edib.


 


oxunma sayı: 3173 | Paylaş:




?>