')

Bu gün:


FutbolPress.Az | "Qarabağ"dan təklif gəlsə, qəbul edərəm" - Lafferti

"Qarabağ"dan təklif gəlsə, qəbul edərəm" - Lafferti


oxunma sayı: 633 Paylaş:

FutbolPressŞimali İrlandiya millisinin üzvü Kayl Lafferti adının "Qarabağ"la hallanmasına münasibət bildirib.

O, Bakıya səfərdən çox məmnun olduğunu və yenidən Azərbaycana qayıda biləcəyini söyləyib. Təcrübəli hücumçu "Qarabağ"dan təklif olarsa, qəbul etməyə hazırdır:

"Qarabağ"ın mənimlə maraqlandığını eşitmişəm. Ancaq bu qədər. Hələlik rəsmi hər hansı təklif yoxdur. Bakıda bir neçə gün keçirdim. Gördüyüm qədər möhtəşəm şəhərdir. Oyun zamanı stadiondakı atmosferdən çox təsirləndim. Nə bilmək olar. Bəlkə yenidən Bakıda futbol oynadım. "Qarabağ"dan təklif gəlsə, qəbul edərəm". 

Kayl Lafferti son olaraq, İngiltərə "Norviç"ində forma geyinib. Mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyən 29 yaşlı hücumçu karyerası ərzində "Börnli", "Palermo", "Birmingem" kimi klublarda çıxış edib. ("Belfsat Telegraph")


oxunma sayı: 633 | Paylaş:





?>