')

Bu gün:


FutbolPress.Az | Milli üzvü Super Liqa klubu ilə razılığa gəlib?

Milli üzvü Super Liqa klubu ilə razılığa gəlib?


oxunma sayı: 486 Paylaş:

FutbolPressAzərbaycan millisinin və Türkiyənin "Bursaspor" klubunun futbolçusu Dəniz Yılmaz klubunu dəyişməyə hazırlaşır. Bursa təmsilçisinin əsas komandasından uzaqlaşdırılan hücumçu digər Super Liqa klubuna keçir.

Məlumatı Türkiyə mətbuatı yayıb. Bildirilib ki, 29 yaşlı oyunçu "Osmanlıspor"a keçməyə yaxındır. Dənizi sabiq komandasından tanıyan baş məşqçi Hamza Hamzaoğlu onu yenidən sərəncamında görmək istəyir. Artıq tərəflər arasında razılıq əldə olunub. Yalnız klubların satışı gerçəkləşdirməsi qalır.

"Bursaspor" Dənizi  satmağa razıdır. Ancaq onu pulsuz buraxmaq istəmir. İddiaya görə, keçid yaxın zamanlarda reallaşacaq.

Digər iddialara görə isə, milli üzvünün transferində maraqlı olan Hamza Hamzaoğlu istefaya göndərilib. Hansı məlumatın daha çox həqiqətə uyğun olduğu hələlik dəqiq bəlli deyil.

Dəniz "Bursaspor"un heyətində bu mövsüm 21 oyun keçirib, 5 qol vurub.


oxunma sayı: 486 | Paylaş:




?>