')

Bu gün:


FutbolPress.Az | Prosineçki bu gün AFFA rəhbərliyi ilə görüşür - "Bursaspor"a getmək üçün

Prosineçki bu gün AFFA rəhbərliyi ilə görüşür - "Bursaspor"a getmək üçün


oxunma sayı: 334 Paylaş:

FutbolPressRobert Prosineçkinin Azərbaycan millisindəki taleyinə bu gün aydınlıq gələ bilər.

Bu barədə xorvatiyalı mütəxəssisin özü yerli mətbuata açıqlamasında bildirib. O, bu gün AFFA rəhbərliyi ilə görüşəcəyini və gələcəyinin bundan sonra müəyyənləşəcəyini deyib:

"Seçmə mərhələnin sonunadək müqaviləm var. Dekabradək Azərbaycanda qalmalıyam. Amma hər şeyi bazar ertəsi biləcəyəm. Rəhbərliklə görüşmək niyyətindəyəm. Bu görüşdən sonra gələcəkdə nə edəcəyimi müəyyənləşdirəcəyəm".

Eyni iddialar Türkiyə m\tbuatında da yayılıb. Məlumata görə, Prosineçki AFFA rəhbərliyindən müqaviləyə xitam veriləcəyini istəyəcək. Əgər razılıq əldə olunmasa, o, müqaviləsinin sonuna qədər həm Azərbaycan millisini, həm də "Bursaspor"u çalışdırmaq variantını mazakirə edəcək.

Bursa təmsilçisindən Prosineçkiyə 2+1 illik müqavilə təklif olunub. Klub prezidenti Ali Ay son açıqlamasında bildirib ki, yeni baş məşqçinin məhz milinin hazırkı çalışdırıcısı olacağı 80 faiz təsdiqini tapıb.


oxunma sayı: 334 | Paylaş:





?>