')

Bu gün:


FutbolPress.Az | "Azərbaycan yığması qələbəyə daha layiq idi" - Stüart Dallas

"Azərbaycan yığması qələbəyə daha layiq idi" - Stüart Dallas


oxunma sayı: 269 Paylaş:

FutbolPressŞimali irlandiya millisinin futbolçusu Stüart Dallas Azərbaycan yığmasına qalib gəldikləri (1:0) oyundan sonra fikirlərini bildirib.

Oyunda yeganə qolun müəllifi olan oyunçu deyib ki, qələbəyə Azərbaycan millisi daha çox layiq olub:

"Çətin qarşılaşma oldu. Bunu əvvəldən təxmin etmişdik. Qrupun ən vacib oyunlarından birinə çıxmışdıq. Sonuncu dəqiqədə qol vurduğumuz və qələbə qazandığımız üçün özümüzü xoşbəxt hiss edirik. Rəqibimiz çox yaxşı futbol oynadı. Ola bilər ki, Azərbaycan yığması qələbəyə daha layiq idi. Ancaq futbolda belə şeylər olur. Oyunun son dəqiqələrində çox yorulmuşdum. Qol epizodu zamanı başımı sadəcə aşağı salıb topa zərbə vurdum və qapıdan keçdi". 



oxunma sayı: 269 | Paylaş:





?>