')

Bu gün:


FutbolPress.Az | "Bu gün güclü Azərbaycan millisi gördük" - Robert Prosineçki

"Bu gün güclü Azərbaycan millisi gördük" - Robert Prosineçki


oxunma sayı: 414 Paylaş:

FutbolPressDÇ – 2018-in seçmə mərhələsində keçirilən Azərbaycan – Şimali İrlandiya (0:1) görüşündən sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Robert Prosineçki jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi:

“Çox danış.maq istəmirəm. Futbolda belə hadisələr baş verir. Bir komanda oynayır, digəri qələbə qazanır. Komandamız yaxşı oynadı. Təəssüflər olsun ki, son dəqiqələrdə qol buraxdıq”.

- Bu məğlubiyyət yəqin ki, komandaya psixoloji cəhətdən yaxşı təsir etməyəcək. Belə vəziyyətdə oynçuları növbəti oyuna kökləmək çətin olmayacaq ki?
- Millinin oyunçuları tətilə gedirlər. Daha sonra avrokubok oyunları başlayacaq. Belə hadisələr futbolda çox baş verir. Çox az səhv etdik və yaxşı oynadıq. 70 faiz top bizdə idi. Məncə, sentyabra kimi heç bir problem qalmayacaq və növbəti oyunlara da yüksək psixoloji hazırlıqla, motivasiya ilə çıxacağıq.

- Millinin oyununa baxanda sanki “Qarabağ” oynayırdı. Gələcəkdə də beləmi davam edəcək?
- Mən milliyə gələndən komanda bu sistemlə oynayır. Demək olar ki, heç bir səhv etmədik. 100 faizlik şanslarımız oldu. Namiq Ələsgərova qarşı kobudluq qeydə alınmadı. Oyundan tam razıyam.

- Komanda qol vurmaq üçün irəli atılırdı, amma müdafiəçilər künc zərbələri zamanı hücumlara qoşulmurdu. Bizə vəd etdiyiniz sürpriz bu idimi?
- Dəqiq yadımda deyil ki, nə zaman belə olub. Bu gün biz güclü Azərbaycan millisi gördük. 10 nəfərlə müdafiə olunan rəqibə qarşı 4 real qol epizodu yaratdıq. 90 dəqiqə ərzində yalnız bir səhvimiz oldu və o da qolla nəticələndi. Şaslardan ikisini reallaşdırsaydıq, hər şey daha fərqli olardı. Norveçə qarşı belə oyunamayıb, qalib gəlmişdik. Təəssüflər olsun ki, bu gün alınmadı.

- Stadiona toplaşan 30 min azarkeşə nəsə sözünüz varmı?
- Hər bir azarkeşin öz fikri var. Onlara minnətdarlığımı bildirirəm. Oyundan əvvəl stadiondakı atmosferi görəndə hiss elədim ki, komanda meydanda can-başla oynayacaq. Onlar bunu bacardılar. Nəticə önəmlidir. Ancaq komandamız da 90 dəqiqə vuruşdu.

- Almeyda yığmada debüt etdi və kifayət qədər yaxşı oynadı. Demək olarmı ki, o mövqe üçün axtardığınız oyunçunu tapdız?
- Almeyda artıq 6 ildir ki, Azərbaycandadır. Oyunçuların əksəriyyətini yaxşı tanıyır. Ona görə də heç bir problem yaşamadı. Komanda onu məndən yaxşı tanıyır. Bu baxımdan milliyə uyğunlaşmaqda heç bir çətinlik yaşamadı. Bəli deyə bilərəm ki, onun simasında axtardığım oyunçunu tapmışam. Çox qaçır, hərəkət edir, top istəyir, boş mövqeyə açılır. Azərbaycanın ən yaxşı legionerlərindən biridir. Məşq prosesində hazırlaşmağına baxanda tez-tez unuduram ki, o braziliyalıdı.


oxunma sayı: 414 | Paylaş:




?>