')

Bu gün:


FutbolPress.Az | Abışov yenidən rusların gündəmində: "Berdıyev onu hələ unutmayıb"

Abışov yenidən rusların gündəmində: "Berdıyev onu hələ unutmayıb"


oxunma sayı: 660 Paylaş:

FutbolPressAzərbaycan millisinin üzvü Ruslan Abışov yenidən Rusiya mətbuatında xatırlanıb.

Kurban Berdıyevin "Rubin"ə qayıdışı ilə bağlı məqalədə bir vaxtlar onun rəhbərliyi altında Kazan klubunda çıxış edən Abışovdan da yazılıb. Ruslar mütəxəssisin sabiq futbolçusunu unutmadığını qeyd ediblər:

"Berdıyevin gedişi ilə onun zamanında "Rubin"ə gələn futbolçular komandadan göndərildi. Onlardan uğurlu karyera quranlar oldu. Ruslan Abışov və Kris Mavinqanın adını çəkmək olar. Mavinqa "Reyms"ə icarəyə verildi. İndi də MLS klubu "Toronto"da oynayır.

Ruslan Abışovun çıxışı daha təqdirəlayiqdi. O, Azərbaycan çempionatında çoxlu qollar vurur. Berdıyev Abışovu hələ də unutmayıb. Keçən il Ruslanın toyunda o, videomüraciətlə sabiq futbolçusunu təbrik də etmişdi".


oxunma sayı: 660 | Paylaş:





?>