')

Bu gün:


FutbolPress.Az | Azərbaycan millisi məğlub oldu

Azərbaycan millisi məğlub oldu


oxunma sayı: 430 Paylaş:

FutbolPressAzərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində 6-cı oyununu keçirib. Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv Şimali İrlandiyanı qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun qonaqların minimal hesablı qələbəsiylə başa çatıb - 0:1.

Bu nəticədən sonra millimizin xalı əvvəlkitək 7 olaraq qalıb. Hazırda yığma komanda C qrupunda 4-cü pillədə qərarlaşıb.

DÇ-2018-in seçmə mərhələsi
C qrupu

20:00. Azərbaycan – Şimali İrlandiya
0:1
Qol: Stüart Dallas, 90+2

Azərbaycan: 1. Kamran Ağayev (q), 2. Qara Qarayev, 4. Pavle Paşayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov
Ehtiyat oyunçular: 12. Anar Nəzirov (q), 23. Səlahət Ağayev (q), 3. Məhəmməd Mirzəbəyov, 7. Araz Abdullayev, 8. Eddi İsrafilov, 9. Namiq Ələskərov, 10. Ruslan Qurbanov, 15. Ruslan Abışov, 17. Emin Mahmudov, 18. Ağabala Ramazanov, 19. Rahid Əmirquliyev, 21. Tərlan Quliyev
Baş məşqçi: Robert Prosineçki
 
Şimali İrlandiya: 1. Mixael Makqoven (q), 2. Konor Maklofin, 4. Qaret Makoli, 5. Conni Evans, 8. Stiven Devis (k), 9. Liam Boys, 11. Kris Brunt, 14. Stüart Dallas, 16. Oliver Norvud, 18. Aaron Hyuz, 21. Coş Makkeniş
Ehtiyat oyuçular: 12. Alan Mannus (q), 23. Roy Kerrol (q), 3. Şeyn Ferqyusson, 6. Tom Flanqan, 7. Nial Makgin, 10. Kayl Lafferti, 13. Daniel Lafferti, 15. Pol Paton, 17. Metyu Lund, 19. Simus Makkartan, 20. Li Hodson, 22. Adam Tompson
Baş məşqçi: Maykl O`nil

Hakimlər: Xavyer Estrada, Migel Martines, Teodoro Sobrino, Alexandro Ernandes
(Hamısı İspaniya)
Tofiq Bəhramov adına Respublika Stadionu


oxunma sayı: 430 | Paylaş:




?>