')

Bu gün:


FutbolPress.Az | "Bu, Azərbaycan millisi üçün daha böyük oyundur" - Maykl O`Nill

"Bu, Azərbaycan millisi üçün daha böyük oyundur" - Maykl O`Nill


oxunma sayı: 268 Paylaş:

FutbolPressDÇ – 2018-in seçmə mərhələsində sabah Azərbaycan millisi ilə qarşılaşacaq Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O`Nill oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

- Açıqlamanızda bildirmişdiniz ki, Azərbaycanın Almaniyaya qarşı oyununu izləmisiniz və düşünürsünüz ki, bu dəfə fərqli oyun göstərəcəklər. Baş məşqçi sabahkı oyunda Azərbaycandan hansı oyunu gözləyir?
- Bütün oyunlarına baxmışıq - həm San -Marino, həm Norveç, həm də Almaniya ilə oyuna. Bu sualı Azərbaycan millisindəki həmkarım RobertProsineçki daha yaxşı cavablandırar. Rəqibin oyununu yaxşı analiz etmişik. Almanlara qarşı 30-35 dəqiqə çox yaxşı çıxış etmişdilər.

- Riçard Almeyda barədə açıqlamanız var idi. Belə hiss olunurdu ki, Şimali irlandiya onlara yaxşı tanış olmayan bu futbolçudan çəkinir...
- Almeydanın klubdakı oyunlarını izləmişik. Bu, onun millidəki ilk oyunu olacaq. Bizim oyunçuların çlox İngiltərədə güclü klublarda oynayırlar. Düşünürəm ki, onlar braziliyalı futbolçulara qarşı necə oynamağın yollarını bilirlər.

- Demişdiniz ki, hava şəraiti sizə problem yarada bilər. Artıq Azərbaycandasız. İndi nə düşünürsüz bu barədə?
- Hava yaxşıdır. Türkiyədə təlim-məşq toplanışında eyni hava şəraiti olmasını və öz ölkəmizdə də yistilərin olmasına görə deyə bilərəm ki, bu bizə o qədər də problem yaratmayacaq.

- Bu oyunda hansı taktiki gedişlərdən istifadə edəcəksiz?
- Komandanın strategiyasının önəmi çox olacaq. Öz meydanımızda 4:0 hesablı qələbə qazandıq. Yenə də oxşar taktika ilə oynasaq, yaxşı şansımız olacaq. Bu matç Azərbaycan daha böyük oyundur. Əvvəlki iki matçda uduzduqlarına görə sabahkı görüşə daha ciddi yanaşacaqlar. Çünki onlar da

- Azərbayucan millisinin heyətində Almeydadan başqa hansı futbolçunu fərqləndirərdiz?
- Azərbaycan millisində başqa güclü oyunçular da var. Şeydayev, Nazarov, Əmirquliyev  və s. Azərbaycanın klublarının da avrokuboklarda çıxışını izləmişik. İki il əvvəl "Qarabağ" Çempionlar Liqasında "Seltik"ə qarşı oynamışdı. Düşünürəm ki, avrokubok təcrübəsinin də bu oyunda əhəmiyyəti olacaq.


oxunma sayı: 268 | Paylaş:




?>