')

Bu gün:


FutbolPress.Az | "Qəbələ" ikinci kapitanına "əlvida" dedi

"Qəbələ" ikinci kapitanına "əlvida" dedi


oxunma sayı: 254 Paylaş:

FutbolPress"Qəbələ"ni tərk edən növbəti futbolçunun adına aydınlıq gəlib. "Qırmızı-qaralar" Rəşad Sadiqovla başa çatan müqavilənin müddətini uzatmayıblar.

Artıq oyunçu komandanı tərk edib. Rəşadın karyerasını harda davam etdirəcəyi isə hələlik bəlli deyil.

Sadiqov 2014-cü ildən "Qəbələ"dən çıxış edirdi. O, Cavid Hüseynovdan sonra komandanın ikinci kapitanı sayılırdı.

"Qəbələ" Sadiqova qədər Teo Uiks, Rəşad Eyubov, Daniel Subotiç, Məhəmməd Mirzəbəyov və Sergey Zenyovla da yollarını ayırıb.


oxunma sayı: 254 | Paylaş:




?>