')

Bu gün:


FutbolPress.Az | Potensial rəqiblər: “Qarabağ” mərhələni müqavimətsiz keçəcək?

Potensial rəqiblər: “Qarabağ” mərhələni müqavimətsiz keçəcək?


oxunma sayı: 1216 Paylaş:

FutbolPressAzərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın 7 potensial rəqibi dəqiqləşib. Daha 9(10)-u isə yaxın zamanda müəyyənləşəcək.

Hazırkı vəziyyətə görə dəqiqləşən potensial rəqiblər bunlardır: “Dandalk” (İrlandiya), “Vardar” (Makedoniya), “Düdelanj” (Lüksemburq), “Kukesi” (Albaniya), “Mariehamn” (Finlandiya), “Spartak” (Latviya), “Samtredia” (Gürcüstan).

Onlara Bosniya və Herseqovina çempionu (böyük ehtimalla (“Zrinski”), Monteneqro I Liqasının qalibi (“Buduçnost” və ya “Zeta”), eyni zamanda birinci təsnifat mərhələsini adlayan 4 (5) komanda qoşulacaq. Bunlar, ümumiyyətlə ən zəiflər və daha çox arzuedilən komandalardır. Aralarında yalnız Uelsin TNS klubu mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulacaq potensial rəqiblərdən zəif deyil.

Ümumiyyətlə, birinci təsnifat mərhələsindən yüksəlib “Qarabağ”a rəqib olmağa daha iddialılar TNS, “Linfild” (Şimali İrlandiya), “Vikinqur” (Farer Adaları), “Hibernians” (Malta) sayılır. Daha biri isə Andorranın “Santa-Koloma” klubu ola bilər. Mübarizəyə burdan qoşulacaq Ermənistan çempionu isə mərhələ adlasa belə qaydalara görə təsmilçimizlə qarşılaşa bilməz. I mərhələdə qeydə alına biləcək hər hansı sürpriz nəticə isə Kosovo, Cəbəllübariq kimi ölkələrin komandasını rəqib edəcək ki, bunun özü  daha arzuolunan sayılır.

Adıçəkilənlərdən başqa “Qarabağ”a hazırda qeyri-müəyyənlər sayılan “Jilina” (Slovakiya) və “Jalgiris”in (Litva) rəqib olmaq ehtimalı da yüksəkdir.

Dəqiqləşən (və ya ümumiyyətlə) potensial rəqiblərə nəzər yetirsək, hər birinin Ağdam klubunun “dişinə görə” olduğunu demək olar. Hətta hazırda qeyri-müəyyənlərdən olan və “Qarabağ” rəqib düşə biləcəklər arasında daha yüksək reytinqli “Hafnafyordur”un əmsalı belə xeyli aşağıdır.

Daha çox arzu edilənlər isə, şübhəsiz, birinci mərhələdən yüksələcək olanlardır. “Samtredia”, “Spartak”, “Düdelanj”ın rəqib olması da kifayət qədər sərfəli olardı.

Ancaq püşk ən yüksək əmsallıları rəqib etsə belə ümumi səviyyə nəzərə alındıqda komandanın növbəti mərhələyə müqavimət görmədən yüksələcəyini ehtimal etmək olar.


oxunma sayı: 1216 | Paylaş:




?>