')

Bu gün:


FutbolPress.Az | "Beşiktaş" Azərbaycana gələcək - klub prezidenti açıqladı

"Beşiktaş" Azərbaycana gələcək - klub prezidenti açıqladı


oxunma sayı: 503 Paylaş:

FutbolPress"Beşiktaş"ın Azərbaycana səfəri təşkil ediləcək. Bu barədə klub prezidenti Fikrət Orman məlumat verib.

O bildirib ki, gəlirlərin artırılması istiqamətində edilən səfərlər çərçivəsində gedəcəkləri ölkələr arasında Azərbaycan da yer alır:

"Artıq 100 minə ypox, 100 milyona oynayan bir klub olmalıyıq. Əvvəl əzəli rəqiblərimiz "Fənərbağça" və "Beşiktaş"dan çox geri qalırdıq. Ancaq indi Türkiyənin ən bahalı forması halına gəlmişik və onlardan 30 faiz daha çox gəlir əldə edirik. "Mançester Yunayted"in forma gəliri 100 milyon civarındadı. Artıq bizim də böyüməyə, dünyanın hər yerində azarkeş sahibi olmağa ehtiyacımız var. Bundan sonra daha çox səfər edəcəyik. Çin, Malayziya, Azərbaycan, İndoneziyaya gedəcəyik. Beynəlxalq sponsorlar tapmağın vaxtıdır".

Türkiyə mətbuatında yer alan xəbərlərə görə İstanbul klubunun prezidenti komandasının azarkeş sayını yaxın illərdə 100 milyona qaldırmaq niyətindədir. Bunu həyata keçirmək üçün əsas hədəf ölkələr isə müsəlman və türkdilli xalqların üstünlük təşkil etdiyi yerlərdir. Bu baxımdan klubun yaxın zamanlarda Çin, İndoneziya, Azərbaycan v\ Türkmənistana səfərləri planlaşdırılır.

Daha əvvəl qış fasiləsi zamanı İstanbul klubunun Azərbaycana gələcəyi və "Qarabağ"la yoldaşlıq oyunu keçirəcəyi deyilsə də, sonradan klublar arasında vaxt məsələsində razılıq əldə edilməmişdi. Son məlumatlara görə, "Beşiktaş"ın Bakıya səfəri yay hazırlıq turu çərçivəsində baş tutacaq.


oxunma sayı: 503 | Paylaş:




?>