')

Bu gün:


FutbolPress.Az | Naxçıvan kubokunun iştirakçıları dəqiqləşdi

Naxçıvan kubokunun iştirakçıları dəqiqləşdi


oxunma sayı: 361 Paylaş:

FutbolPressMayın 26-da Naxçıvanda Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol üzrə “Heydər Əliyev kuboku” turniri start götürəcək.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Peşəkar Futbol Liqası və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının birgə keçirəcəyi turnirdə iştirak edəcək komandalar artıq məlumdur. Yerli “Araz-Naxçıvan”la yanaşı, İmişlinin “Mil-Muğan”, Zaqatalanın “Zaqatala” və Bakının Mərkəzi Ordu İdman Klubu (MOİK) birincilik uğrunda mübarizə aparacaqlar.

Oyunlar 26, 28 və 30 may tarixlərində Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək. Qrup mərhələsi oyunlarında gün ərzində iki görüş olacaq.

Görüşlərdə ən çox xal toplayan komanda turnirin qalibi olacaq. Qalib komandaya Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən sertifikat və kubok təqdim ediləcək.

Turnirinin açılış mərasimi isə mayın 30-da keçiriləcək.


oxunma sayı: 361 | Paylaş:




?>